“Rəqəmsal inzibatçılığın genişləndirilməsi sahibkarlıq subyektlərində şəffaf nəzarət sisteminin qurulması üçün xüsusi əhəmiyyət daşıyır”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında yazıb.

Nazir qeyd edib ki, onlayn kassa aparatları üzrə dövriyyənin həcmi 2021-ci ildə əvvəlki illə müqayisədə 1,8 dəfə artaraq 15,6 milyard manata çatıb.