"Zəlzələ zamanı Türkiyəyə xilasedici qrupları ilk göndərən və Türkiyədən ən gec ayrılan Azərbaycan oldu. Onların ürəyimizdəki yeri fərqlidir".

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki,  bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çəlik deyib:

"Azərbaycanın hakim partiya nümayəndələri Türkiyəyə səfər etdi, zəlzələ ilə bağlı başsağlığı verdilər".