Ötən il Azərbaycan 119,9 milyon dollar dəyərində tütün və tütün məmulatları idxal edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Hesabat dövründə ölkənin tütün idxalı xərcləri 2022-ci illə müqayisədə 22,8 milyon dollar və ya 23,5% çoxdur.

Əlavə edək ki, bu dövrdə tütün idxalı Azərbaycanın ümumi idxalının 0,69%-ni təşkil edib.

 

Gözəl Həşimova