2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan təbii qaz ixracından 2 milyard 178,4 milyon dollar həcmində gəlir əldə edib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu dövr ərzində təbii qaz ixracından əldə edilən gəlir, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz artıb.

2020-ci ilin 11 ayı ərzində 12 milyard 278,9 milyon kubmetr qaz ixrac edilib. Bu,2019-cu ilin eyni dövrünə nisbətən 17,3 faiz çoxdur.

Qeyd edək ki, 2019-cu ilin yanvar-noyabr ayları ərzində 2 milyard 78,7 milyon dollar dəyərində 10 milyard 464,9 həcmdə təbii qaz ixrac edilib.