Azərbaycan bu ilin yanvar-oktyabr ayları ərzində 20,5 milyon dollar dəyərində 10,3 min ton süd idxal edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 5,5 milyon dollar çoxdur.

Hesabat dövründə süd idxalı Azərbaycanın ümumi idxalının 0.15%-ni təşkil edib.

 

Gözəl Həşimova