Azərbaycan bu ilin yanvar-avqust aylarında 1 milyard 706 milyon dollar dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 625 milyon dollar çoxdur.

Hesabat dövründə nəqliyyat vasitələri və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 15,31 %-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 1 milyard 81 milyon dollar dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

 

Gözəl Həşimova