Ötən ay Azərbaycan 863 milyon 453 min dollar dəyərində 1,4 milyon ton neft ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ölkənin neft ixracı ötən ilin eyni ayı ilə müqayisədə dəyər baxımından 534,2 milyon dollar və ya 38,2% azdır.

Əlavə edək ki, neft ixracının ümumi ixracda payı 46,83 % təşkil edib.

 

Gözəl Həşimova