Azərbaycan bu ilin yanvar-may ayları ərzində 1.176 ton neft bitumu ixrac edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 97,9% azdır.

Məlumata görə, bu dövrdə Azərbaycan neft bitumu ixracından 321 min dollar qazanıb. Bu isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 97.9% azdır.