Ötən il Azərbaycan 1,9 milyon dollar dəyərində ipək ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstəricinin həcmi 2022-ci illə müqayisədə 249,1 min dollar artıb.

Qeyd edək ki, hesabat dövründə ölkəmizə ipək idxalı 99,1 min dollar təşkil edib.

 

Gözəl Həşimova