Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 1,9 milyon dollar dəyərində ipək ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstəricinin həcmi ötən ilin eyni ayları ilə müqayisədə 249 min dollar artıb.

Qeyd edək ki, hesabat dövründə ölkəmizə ipək idxalı 78,8 min dollar təşkil edib.

 

Gözəl Həşimova