Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 1,8 milyon dollar dəyərində ipək ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstəricinin həcmi 2022-ci ilin eyni ayları ilə müqayisədə 507 min dollar artıb.

Qeyd edək ki, hesabat dövründə ölkəmizə ipək idxalı 70 min dollar təşkil edib.

 

Gözəl Həşimova