Azərbaycandan bu ilin yanvar-sentyabr aylarında 80,8 milyon dollar dəyərində 16,1 min ton fındıq ixrac edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ölkənin fındıq ixracından qazancı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7,8 milyon dollar çoxdur.

Əlavə edək ki, bu dövrdə Azərbaycanın qeyri-neft sektorunda fındıq ixracının payı 3.32% təşkil edib.

 

Gözəl Həşimova