Ötən il Azərbaycana ümumilikdə 125,2 milyon dollar dəyərində 3 102 ədəd elektrikli avtomobil idxal olunub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, 2022-ci illə müqayisədə ölkəyə idxal olunan elektromobillərin sayı 2616 ədəd və ya 6,3 dəfə artıb.

Bu dövrdə elektrikli avtomobil idxalına çəkilən xərc 2022-ci ilə nisbətən 107,6 milyon dollar və ya 7 dəfə artıb.

 

Gözəl Həşimova