Azərbaycan bu ilin yanvar-avqust aylarında düyü idxalına 36,6 milyon dollar xərc çəkib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,8 mln. dollar çoxdur.

Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,33 %-ni təşkil edib.

Əlavə edək ki, 2022-ci ilin eyni dövründə ölkəyə idxal edilən düyü 34,8 milyon dollar dəyərində olub.

 

Gözəl Həşimova