Azərbaycan bu ilin yanvar-avqust ayları ərzində 67,7 milyon dollar dəyərində diri heyvan idxal edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ölkənin diri heyvan idxalına çəkdiyi xərc illik müqayisədə 32,6 milyon dollar və ya 93 % çoxdur.

 

Gözəl Həşimova