Azərbaycan bu ilin yanvar-avqust aylarında 41,8 milyon dollar dəyərində 161,9 min ton azot gübrəsi ixrac edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 100,3 milyon dollar və ya 70,6 % azdır.

Məlumata görə, azot gübrəsinin ixracı miqdar baxımından illik müqayisədə 33,3% azdır.

 

Gözəl Həşimova