Azərbaycandan bu ilin yanvar-noyabr aylarında 180 milyon ABŞ dolları məbləğində 68,6 min ton alüminium ixrac edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 22,9 milyon dollar az, həcm baxımından isə 9,8 % çoxdur.

Hesabat dövründə alüminium ixracı ölkənin ümumi ixracının 0,57%-ni təşkil edib.

 

Gözəl Həşimova