Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahәsindә istehsalın ümumi dәyәri 660,8mln manat olmaqla, әvvәlki ilin müvafiq dövrü ilә müqayisәdә 24,6 % artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin 11ayında ölkədə 3 mln 058,9 min ton sement istehsal edilib ki, bu da daha əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 3,4 %azdır.

Bu ilin yanvar-noyabr aylarında ölkədə 154,2min ton asfalt istehsal edilib ki, bu da ötən ilin 11 ayı ilə müqayisədə 57,1 % azdır. Bu ilin 11 ayında tikinti kərpicinin istehsalı 21,2 % artaraq 462,8 min kubmetr təşkil edib.

Tikinti gipsinin istehsalı 2,36 dəfə artaraq 20,3 min ton olub. Yanvar-noyabr aylarında tikinti əhənginin istehsalı 26,9 % azalaraq 31min ton təşkil edib.

Yanvar-noyabr ayları ərzində sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 47,8 min ton olaraq, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 40,1 % azalıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı da 6,5 % artaraq 42,7 min kubmetr təşkil edib.

Ötən 11 ay ərzində ölkədə emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 35,3 % azalaraq 23 494,7 ton təşkil edib.

Bu müddət ərzində ölkədə hörmə üçün hazır beton qarışığının istehsalı da 11 % artaraq 1 mln 757,6 min ton təşkil edib.