Ötən il Azərbaycanda tikinti materiallarının istehsalı 2022-ci illə müqayisədə 31,8% artaraq 1180,3 milyon manat təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Dövr ərzində tikinti gipsinin istehsalı 98,1%, gips məmulatlarının istehsalı 73,5%, sement istehsalı isə 4,6% artıb.

 

Gözəl Həşimova