Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 167 milyon manat təşkil edib.

İqtisadiyyat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 60,2%, elektrik avadanlıqlarının istehsalı isə 3,1% artıb.

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 2,7 dəfə, ölçmə cihazlarının istehsalı 2,3 dəfə, paylayıcı lövhələrin istehsalı isə 52%  artıb.

 

Gözəl Həşimova