Azərbaycanda bu ilin yanvar-may aylarında 1582 ədəd və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 643 ədəd çox minik avtomobili istehsal olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabat dövründə traktorların istehsalı 66% artıbdır. Eyni zamanda, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində bu ilin yanvar-aprel aylarında 306,4 milyon manatlıq məhsul istehsal edilib.