Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-aprel aylarında 418 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hazır metal məmulatlarının istehsalı sahəsində 12,7 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 16,7 faiz azalma müşahidə olunub.

İqtisadiyyat.az Dövlət Statstika Komitəsinə istinadən xəbər verir ki, 2025-сiilin yanvar-aprel aylarında metallurgiya sənayesi üzrə polad tökmə istehsalı 19,3 faiz, armatur istehsalı 19,5 faiz, mis məftil istehsalı 68,9 faiz, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı isə 37,7 faiz azalıb.