2021-ci ilin yanvar-aprel aylarında iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 722,3 manat olub.

Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən, orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9 faiz azalıb.

Bildirilib ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.