Azərbaycanda 2022-2026-cı illərdə kənd təsərrüfatı hər il orta hesabla 4% artacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.

Hesabat dövründə, nəqliyyat sektorunda orta illik artım tempi 5%-i üstələyəcəkdir. Ölkənin tranzit yükdaşımalardan əldə etdiyi gəlirlərin 2019-cu ildəki 227 milyon manatdan 2 dəfəyədək artaraq 450 milyon manata çatacaqdır.

Qeyri-neft-qaz sənayesi hər il orta hesabla 8,3% artacaqdır. Sənaye zonalarının qeyri-neft sənaye istehsalında payı 15%, qeyri-neft sənaye ixracında payı isə 25% olacaqdır.

İnformasiya və rabitə sektorunda hər il orta hesabla 10%-dən çox, tikinti sektorunda isə 3% ətrafında artım olacaq.

2026-cı ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda yaradılacaq əlavə dəyər 2019-cu illə müqayisədə 1,5 dəfə artacaqdır.