Azərbaycanda bu ilin yanvar-may aylarında 48 min 990 hektar əkin sahəsində yazlıq kartof, 4 min 534.8 hektar ərazidə isə şəkər çuğunduru əkilib.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, kartofun əkin sahələrinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.4% və ya 5691 hektar, şəkər çuğunduru isə 8.6% və ya 427.5 hektar azalıb.

Əlavə edək ki, hesabat dövründə Qazax-Tovuz iqtisadi rayonunda 21 min 737.6 hektar, Lənkəran-Astara iqtisadi rayonunda 10 min 122.5 hektar, Quba-Xaçmaz iqtisadi rayonunda 4 min 46 hektar, Şəki-Zaqatala iqtisadi rayonunda isə 3 min 916.5 hektar kartof əkilib.