Azərbaycanda ixracatçılara loqistika subsidiyaları veriləcək. Bu adi qaydada 5 il, işğaldan azad olunmuş ərazilərdə isə 10 il olacaq. Yeni qaydaların mart-aprel aylarında rəsmiləşməsi gözlənilir.

İqtisadiyyat.az bildirir ki, bunu "Azpromo"nun rəhbəri Yusif Abdullayev deyib.

O həmçinin bildirib ki, 2023-cu ildə milli ixrac strategiyası təsdiqlənəcək. Bu strategiya 2026-ci ilə qədər olan dövrü əhatə edir. Strategiyada yeni bazarlara çıxış imkanları müəyyən ediləcək.