Bu ilin yanvar-may aylarında Azərbaycanda 13 milyon 328,5 min dekalitr içki məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 % çoxdur.

İqtisadiyyat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycanda araq istehsalı 627,2 min dekalitr (1 il əvvələ nisbətən 41,3 % az), konyak istehsalı 7,5 min dekalitr (34,8 % az), üzüm şərabı istehsalı 180,7 min dekalitr (99,7 % çox), pivə istehsalı 1 milyon 825,9 min dekalitr (1,2 % çox), spirtsiz içki istehsalı isə 10 milyon 687,2 min dekalitr (21 % çox) təşkil edib.

Bu il iyunun 1-nə ölkədə spirtli içki ehtiyatı 2 milyon 485,7 min dekalitr, spirtsiz içki ehtiyyatı isə 843,5 min dekalitr olub ki, bu da illik müqayisədə müvafiq olaraq 44,7 % çox və 6,8 % azdır.