Bu ilin yanvar-mart aylarında Azərbaycan 11 min 367 ton ət idxal edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 19 milyon 259 min ABŞ dolları olub.

Bu, həcm baxımından ötən ilin eyni dövrü ilə müqayisədə 2 min 206 ton (24 % ), dəyər baxımından isə 3 milyon 585 min ABŞ dolları (22,8 %) çoxdur.

Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,5 %-ini təşkil edib.

Xatırladaq ki, I rübdə ölkədə diri çəkidə 138,3 min ton ət istehsal edilib.