Azərbaycanda bu ilin yanvar-noyabr aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 41,3 milyard manat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 2,3 % azalıb.
İqtisadiyyat.az Azərbaycan Statistika Komitəsinə istinadən xəbər verir ki, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 27,6 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 33,1 milyard kub metr təşkil edib.
Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,5% azalıb, əmtəəlik qaz hasilatı isə 4,3% artıb.
Gözəl Həşimova