Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1647,8 milyon manatlıq məhsul istehsal edilib.

İqtisadiyyat.az bu barədə Dövlət Statistika Komistəsinin hesabatına istinadən xəbər verir.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalı 17,6%, kimya sənayesi məhsullarının istehsalı 8%, əczaçılıq məhsullarının istehsalı isə 2,9% artıb.

 

Gözəl Həşimova