Azərbaycanda ötən ay toxuculuq sənayesi, geyim, dəri və dəri məmulatların, ayaqqabıların istehsalı sahələrində 46,6 milyon manat dəyərində məhsul istehsal edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, ötən ilin yanvar ayı ilə müqayisədə dəri və dəri məmulatların, ayaqqabıların istehsalında 2,9 dəfə, geyim istehsalında 25,4%, toxuculuq sənayesində isə 17,5% artım  müşahidə olunub.