Ölkədə əhalinin sosial rifahının yüksəldiləməsinə xidmət edən sosial müavinətlərin, təqaüdlərin artırılması hər kəsdə bir sual yaradır. Bahalaşma olacaq?

İqtisadiyyat.az-ın sualını iqtisadçı ekspert Eldəniz Əmirov cavablandırıb:

“Mən hesab edirəm ki, artımlar dövriyyədə olan pul kütləsini müəyyən şəkildə artıracaq. Yəni, əsaslı şəkildə olmasa da müəyyən qədər bahalaşma gözləniləndir. Lakin bu qiymət artımına cüzi təsir göstərirsə belə, bu, o demək deyil ki, maaşları sosial müavinətləri artırmaq lazım deyil. Əksinə düşünürəm ki, sosial cəhətdən həsas qrupların dəstəklənməsi üçün bu fərmanlar vacibdir.”

Məhəbbət Məmmədov