Azərbaycanda 4 faydalı qazıntı yatağı hərraca çıxarılacaq.

Bu barədə İqtisadiyyat.az a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən bildirilib.

Qeyd olunub ki, yerin təkinin istifadəyə verilməsi üzrə keçiriləcək növbəti hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi ilə birgə noyabrın 11-də baş tutacaq.

Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək hərracda 1 lot üzrə Daşkəsən rayonu “Bayan” üzlük daşı yatağı, Balakən rayonu “Təpəçöl” gil yatağı, Goranboy rayonu “Yuxarı Ağcakənd” gips yatağı və 6 lot üzrə Goranboy rayonu “Qarasuçay” qum-çınqıl yatağı satışa çıxarılacaq.