Azərbaycan bu ilin yanvar-oktyabr aylarında 1,7 milyard dollar dəyərində yeyinti məhsulları idxal edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Hesabat dövründə ölkənin yeyinti məhsulları idxalına çəkdiyi xərc ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 % azalıb.

Əlavə edək ki, bu dövrdə yeyinti məhsulları idxalı Azərbaycanın ümumi idxalının 12,61 %-ni təşkil edib.

 

Gözəl Həşimova