Azərbaycana bu ilin yanvar-noyabr aylarında 20,2 milyon dollar dəyərində xalça və digər tekstil döşəmə örtükləri idxal edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu dövrdə xalça idxalına çəkilən xərc ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 milyon dollar artıb.

Məlumata görə, hesabat dövründə Azərbaycandan bu növ məhsulların ixrac dəyəri isə 284,1 min dollar təşkil edib.

 

Gözəl Həşimova