Azərbaycan bu ilin yanvar-sentyabr ayları ərzində 18,7 milyon dollar dəyərində 9,2 min ton süd idxal edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 5,7 milyon dollar çoxdur.

Hesabat dövründə süd idxalı Azərbaycanın ümumi idxalının 0.15%-ni təşkil edib.

 

Gözəl Həşimova