Azərbaycan bu ilin yanvar-noyabr aylarında 19,3 milyon dollar dəyərində 65,5 min ton qarğıdalı idxal edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 1,3 milyon dollar azdır.

Hesabat dövründə qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,12 %-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 20,7 milyon dollar dəyərində qarğıdalı idxal edib.

 

Gözəl Həşimova