Azərbaycan bu ilin yanvar-avqust aylarında 104,1 milyon dollar dəyərində pambıq ixrac edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ölkənin pambıq ixracından qazancı ötən ilin eyni dövrü ilə müqayisədə 62,6 milyon dollar və ya 35,1% azalıb.

Hesabat dövründə pambıq ixracı Azərbaycanın ümumi ixracının 0,45%-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə ölkənin pambıq ixracının dəyəri 178,1 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova