Azərbaycan bu ilin yanvar-iyun aylarında 7 milyard 803 milyon 144 min dollar dəyərində 12,8 milyon ton neft ixrac edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanın neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1% azalıb.

Əlavə edək ki, neft ixracının ümumi ixracda payı 43,43% təşkil edib.

 

Gözəl Həşimova