Azərbaycan ötən ilin yanvar-noyabr aylarında 27.1 milyon ABŞ dolları dəyərində mis və ondan hazırlanan məmulatlar ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3.5 milyon dollar azdır.

Hesabat dövründə Azərbaycanın mis və ondan hazırlanan məmulatlarının idxalı 27.3 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 6,5 milyon dollar çoxdur.

Bu dövrdə mis və ondan hazırlanan məmulatların idxalı Azərbaycanın ümumi idxalının 0.16%-ni, ixracı isə ümumi ixracın 0.08%-ni təşkil edib.

 

Gözəl Həşimova