Azərbaycana bu ilin yanvar-noyabr ayları ərzində 469,7 milyon ABŞ dolları dəyərində dənli bitkilər idxal edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə edilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən dənli bitkilərin dəyəri 29,6 % artıb.

Əlavə edək ki, bu dövrdə ölkəyə 398 milyon ABŞ dolları dəyərində 1,1 milyon ton buğda idxal edilib.

 

Gözəl Həşimova