Azərbaycana bu ilin yanvar-sentyabr ayları ərzində 279,6 milyon ABŞ dolları dəyərində dənli bitkilər idxal edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə edilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən dənli bitkilərin dəyəri 14,2 % azalıb.

Əlavə edək ki, bu dövrdə ölkəyə 210,7 milyon ABŞ dolları dəyərində 792,3 min ton buğda idxal edilib.

 

Gözəl Həşimova