Azərbaycandan bu ilin yanvar-avqust aylarında 134,9 milyon ABŞ dolları məbləğində 51 min ton alüminium ixrac edilib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 17,8 milyon dollar az, həcm baxımından isə 21,5% çoxdur.

Hesabat dövründə alüminium ixracı ölkənin ümumi ixracının 0,55%-ni təşkil edib.

 

Gözəl Həşimova