Oğuz rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası sona yaxınlaşır. Cari mövsümdə rayonda 16 min 253 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur.

Taxıl əkinlərinin 4 min 970 hektarı arpa, 11 min 283 hektarı buğda sahələridir. Bu günədək 16 min 143 hektar taxıl sahəsinin məhsulu biçilib, 51 min 501 ton məhsul tədarük olunub. Hər hektarda orta məhsuldarlıq 31,9 sentner təşkil edir.

Arpa sahələrində biçin artıq başa çatıb və zəmilərdən 16 min 306 ton məhsul tədarük olunub. Hər hektardan orta hesabla 32,8 sentner məhsul götürülüb. Biçin aparılmış 11 min 173 hektar buğda sahəsindən isə 35 min 195 ton məhsul əldə olunub. Buğda zəmilərində orta məhsuldarlıq 31,5 sentner olub. Hələlik rayonda 110 hektar biçilməmiş taxıl sahəsi qalıb. Fermerlər qalan taxılın da sahələrdən itkisiz yığılması üçün səylə çalışırlar.