Ukrayna prezidenti Volodimir Zelenskinin gözlənilən səfəri zamanı Odessa limanında güclü partlayış baş verib.
Bu barədə İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, yerli vaxtla saat 12:41-də Ukraynada hava hücumu xəbərdarlığı edilib. 4 dəqiqə sonra şəhərdə güclü partlayış səsi eşidilib.
Odessa Teleqram kanalları partlayış zamanı Ukrayna liderinin ehtimal edilən səfəri ilə bağlı məlumat dərc edir.