İqtisadiyyat.az "İnterfakc"a istinadən xəbər verir ki, şirkətin dəyəri atmaqda davam edir və mikroçip istehsalçısının kapitallaşması tezliklə tarixi rekord həddə çata bilər.

Ötən gün keçirilən ticarət zamanı "Nvidia"nın bazar dəyəri 2,4% artaraq 3,92 trilyon dollara çatıb.

Xatırladaq ki, “Apple” şirkətinin dəyəri ötən ilin dekabr ayının sonunda rekord səviyyəyə – 3,915 trilyon dollara çatıb.

"Nvidia" hazırda ABŞ fond bazarında ən dəyərli şirkətdir. "Microsoft" korporasiyası bu siyahıda ikinci (3,7 trilyon dollar), "Apple" isə üçüncü yerdə (3,19 trilyon dollar) qərarlaşıb.

 

Gözəl Azadəliyeva