İqtisadiyyat.az xəbər verir ki bu barədə şirkətin baş direktoru Censen Huanq Parisdə keçirilən "VivaTech 2025" konfransında bildirib.

“Biz yeddi ölkədə süni intellekt texnologiyası mərkəzləri tikirik. Bundan əlavə, Avropada isə hazırda 20 süni intellekt fabriki tikirik. Nvidia Avropa ölkələrinin hökumətləri, telekommunikasiya operatorları və bulud provayderləri ilə fəal əməkdaşlıq edir”, - məlumatda deyilir.

 

Gözəl Azadəliyeva