Nurgun Holding Əmək haqqı üzrə mühasib vəzifəsinə işçi axtarır.

Tələblər:

  • Ali təhsil (maliyyə və muhasibatlıq sahəsi üzrə);
  • Əmək məcəlləsi və Vergi məcəlləsi üzrə müvafiq biliklər;
  • İş təcrübəsi min.  2 il;
  • Yaş həddi: 27-35;  

İş barədə:

  • İşçilərin aylıq əmək haqqlarının,gəlir vergisi,sosial sığorta və digər tutulmaların hesablanması və ödənilməsi;
  • Məzuniyyət haqqlarının ,xəstəlik vərəqəsi üzrə ödəmələrin,mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
  • DSMF tərəfindən ödənilən müavinətlərin dövlət elektron sistemində işlənməsi;
  • Vahid vergi bəyannaməsinin hazırlanması və təqdim olunması;
  • Əmək haqqı üzrə statistika hesabatlarının hazırlanması;
  • İşçilər üçün bank kartlarının sifarişi və hesablanmış əmək haqqının işçilərin əmək haqqı kartlarına köçürülməsi.

 CV göndərərkən mövzu qismində "Əmək haqqı üzrə mühasib" sözünü yazaraq hr@nurgun.az mail adresinə göndərməyiniz xahiş olunur.