“S7 Airlines” Novosibirskdən Bakıya birbaşa müntəzəm reyslər üçün aviabiletlərin satışına başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Məlumata görə, ilk reys martın 7-də həyata keçiriləcək. Martın sonunadək uçuşlar həftədə bir dəfə, aprelin 3-dən isə həftədə iki dəfə həyata keçiriləcək.

Uçuşlar ekonom sinifdə 174 sərnişini qəbul edə bilən "Airbus A320" təyyarəsi ilə həyata keçiriləcək. Səyahət vaxtı təxminən 4,5 saatdır.

 

Gözəl Həşimova