Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

İqtisadiyyat.az-ın Mərkəzi Banka istinadən məlumatına görə, hərracda tələb 42,8 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib. 

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, yanvarın 23-də keçirilən valyuta hərracında tələb 43,9 milyon ABŞ dolları təşkil edib.

2024-cü ilin əvvəlindən bu yana keçirilmiş 6 valyuta hərracında banklara cəmi 352,9 milyon dollar satılıb.